İngiltərə millisinin və "Kristal Pelas" klubunun müdafiəçisi Mark Qehi karyerasını başqa Premyer Liqa təmsilçisində davam etdirə bilər.
90deqiqe.Az-ın “Daily Mirror” nəşrinə istinadən yaydığı xəbərə görə, 24 yaşlı futbolçunun transferində "Liverpul" klubu maraqlıdır. Mersisayd təmsilçisi Jarrel Kuansanın "Bayer"ə keçidindən sonra müdafiə xəttini gücləndirməyi planlaşdırır. Bundan əlavə, komandanı İbrahima Konatenin də tərk etməsi gözlənilir.
Mark Qehinin bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir. Onun "Kristal Pelas"la hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Ötən mövsüm futbolçu bütün turnirlərdə 44 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.