AZ

Türkiyəli futbolçuya illik 20 milyon avro məbləğində maaş

"Qalatasaray"a transferi gündəmdə olan Hakan Çalhanoğlu eyni zamanda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hədəfindədir.

İdman.biz xəbər verir ki, "İnter"də baş məşqçisi olmuş Simone İnzagi türkiyəli futbolçunu yeni komandasında da görmək istəyir.

Ərəbləin 31 yaşlı pleymeykerə illik maaşı 20 milyon avro məbləğində olmaqla üç mövsümlük müqavilə təklif etdikləri, həmçinin gələcəkdə klubun texniki heyətində yer almaq vədi verdikləri bildirilir.

Qeyd edək ki, 2021-ci ildən "İnter"də çıxış edən Çalhanoğlu ötən mövsüm klubun heyətində bütün turnirlərdə 47 oyunda 11 qol vurub.

İdman.biz

Seçilən
7
7
idman.biz

10Mənbələr