AZ

Üç hücumçusu zədələnən Əl Hilal bombardiri icarəyə götürdü

ain.az, Fanat saytına istinadən bildirir.

Klublararası dünya çempionatının 1/4 final mərhələsində bu gün "Fluminense" ilə üz-üzə gələcək "Əl-Hilal"ın 3 hücumçusu zədəlidir.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Braziliya komandasına qarşı oyunda vəziyyətdən çıxmaq üçün heyətinə yeni forvard cəlb edib. 

Sözügedən klub sosial şəbəkə hesabında "Əl-Şabab"ın futbolçusu  Abderrazak Hamdallanı qısa müddətə icarəyə götürdüyünü açıqlayıb. Onun artıq düşərgədə olduğu, Orlandoda komanda ilə birlikdə məşq etdiyi bildirilib.

Qeyd edək ki, Hamdalla ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 26 matça çıxaraq 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
35
fanat.az

10Mənbələr