AZ

Şomurodovun yeni ünvanı Türkiyə oldu

"Roma" klubuna məxsus olan hücumçu Eldor Şomurodov karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı forvard Super Liqa təmsilçisi "Başakşəhər"ə icarəyə verilib. 

Tərəflər arasında razılaşmaya əsasən, müqaviləyə şərti ödənişli satınalma bəndi daxil edilib. Əgər müəyyən şərtlər yerinə yetirilərsə, İstanbul təmsilçisi özbək futbolçunun transfer hüquqlarını 7 milyon avro (bonuslarla birlikdə) qarşılığında əldə edəcək.

Şomurodov ötən mövsüm A Seriyasında 27 oyunda iştirak edib, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həmçinin Avropa Liqasında 8 matçda meydana çıxaraq 2 qol vurub və 1 assist edib.

Seçilən
7
29
90deqiqe.az

10Mənbələr