EN

Dövlət Xidməti AzTU-da kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələri mükafatlandırıb

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən 2024-2025-ci tədris ilinin yaz semestrində Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin kibertəhlükəsizlik sahəsində biliklərinin qiymətləndirilməsi məqsədilə növbəti müsabiqə təşkil edilib.

XRİTDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin informasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs bakalavr tələbələri Tural Səlimov və Orxan Eminbəyli, habelə Universitetin nəzdində Yüksək Təhsil İnstitutunun dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşmasının 2-ci kurs magistr tələbələri Rəna Sadıqova və Aytac Ağayeva xüsusi fərqlənərək qalib elan olunublar.

Mükafatlandırılma mərasimində XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov, AzTU-nun rektoru professor Vilayət Vəliyev və digər nümayəndələr iştirak ediblər. Tədbir zamanı çıxışlarda dövlət qurumları ilə tədris müəssisələri arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, kibertəhlükəsizlik sahəsində gənc mütəxəssislərin hazırlanmasının strateji prioritetlərdən biri olduğu bildirilib.

Qeyd edilib ki, XRİTDX ilə AzTU arasında imzalanmış Memorandumun icrası çərçivəsində həyata keçirilən tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi və ölkədə kibertəhlükəsizlik sahəsinin insan resursları potensialının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Memorandum çərçivəsində XRİTDX tərəfindən AzTU-nun informasiya təhlükəsizliyi üzrə bakalavriat pilləsində təhsil alan tələbələrə praktiki-təcrübə proqramı çərçivəsində tədbirlərdə iştirak etmələri üçün şərait yaradılıb.

Daha sonra XRİTDX-nin nümayəndələri Universitetin müasir tədris infrastrukturu, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində Xidmətlə birgə yardılmış laboratoriyaları, eləcə də rabitə və telekommunikasiya üzrə mövcud müasir tipli tədris otaqları, innovativ təlim metodları üzrə tətbiq olunan qabaqcıl texnologiyalar və sahə üzrə toplanmış təcrübə ilə yaxından tanış olublar.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

175187553699ae7e52853c8e248362cf63481d3308

1751875561dc73564e3dad9cf27507451dd2fa9177

1751875567e20f914060400f3b4158f82ad34a0f68

1751875574fa5d8a07d5c0c21d43f8e54e7432f9d4

17518755892d533cc1327700d601eb34b63f7ead9d

175187560244dffde443ab8b62b68be9b55cde30ee

17518756137d1e33708eee578d6e2f7db023bdd7a4

17518756232d8fb130ba032e7e3be71362479957ea

Chosen
3
3
poliqon.az

10Sources