AZ

Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışı keçirilib

Azərbaycan Ordusunun 2025-ci tədris ilinin hazırlıq planına əsasən, hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, yarışa cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar.

Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda mübarizə aparıblar.

Səmti müəyyənetmə yarışında ümumilikdə 7 komanda üzrə 28 hərbi qulluqçu iştirak edib.

Yekun nəticələrə əsasən, qalib komandalara və yüksək nəticə göstərərək fərdi birincilikdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

70fe70f90057a43139bcdd2382643dbc

493db5f0b9c01efaed73be7622140262

4497afd3fdcd42b83bbe5a793950ea51

f58d6c9d4b9490c4adda92ebea8bc48a

Seçilən
1
14
poliqon.az

10Mənbələr