AZ

Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycan Quru Qoşunları Komandanlığında olub

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və “Qərargahın idarə olunması kursu”nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov professor Serdar Salmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki dost və qardaş ölkənin hərbi qulluqçularının peşəkarlıqlarının artırılmasında hərbi təhsilin önəmi, eləcə də təcrübə mübadiləsi məqsədilə keçirilən birgə təlimlərin vacibliyi xüsusi vurğulanıb, maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib. Türkiyəli qonaqlara Azərbaycan Quru Qoşunlarının yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu və qazandığı uğurlar haqqında brifinq təqdim olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

69e0ee96eb1215da2ef24ac8e4f6a002

ff3c40ff08129007b2f10a8e90265688

Seçilən
50
10
poliqon.az

10Mənbələr