AZ

Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirilib – VIDEO

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi Feldşer İşi” ixtisası üzrə məzunlarının buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Bakı Hərbi Kollecinin klubunda təşkil edilən tədbirdə MMU-nun rəhbərliyi, zabit, müəllim, kursant heyəti və  digər qonaqlar iştirak ediblər.

Bakı Hərbi Kollecinin Döyüş bayrağı səhnəyə gətirildikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan hərbi kolleclərin ordumuzda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların bariz nümunəsi olduğunu qeyd edib. Rektor tədris prosesində göstərdikləri dəstəyə görə qardaş Türkiyə Respublikasının hərbi qulluqçularına təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən kurs birincisi təhsil müddətində yaradılan şəraitə görə MMU rəhbərliyinə və müəllim heyətinə məzunlar adından minnətdarlığını ifadə edib, buraxılış rəmzi olan emblemi yaş kötüyünə vurub.

Məzunlara və pedaqoji fəaliyyətində yüksək nəticələr əldə etmiş müəllim heyətinə diplomlar, sertifikatlar, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Sonda Bakı Hərbi Kollecinin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib, birgə xatirə şəkli çəkdirilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

81dc4fa41cc18f8ea194486ed956b723

83a31b4f73c20fe9d349c7b33b4e7035

8c2d0724076353399df1a1a2426873c3

67d31ce38264f82e3272b2248213f9c0

c4b5198cbdcaf639d83ec140827fb238

Seçilən
6
4
poliqon.az

6Mənbələr