AZ

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq inkişaf etdirilir – FOTOLAR

Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi-2025” beynəlxalq təlimini izləyib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı-2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə  qonaqlara ətraflı məlumat verilib.

“Anadolu Qartalı-2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.

Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

cfaf30a64e3ae830a68bb14a49131009

8606467b52cb24615b23289aec232550

4b80229ce13f766512858d651d454819

233c546d8d0a9cb29ca41e3414502ffb

92d0932f09daa8ab013bcfd042740c1f

d93a6962c464a75436d1da39f2b40ce4

be7a10a370858020dca16f2ecabeb44b

dff2fd2b944a98deb2639cc0432ca077

e6ba4d615c73a95ed4bb012100ea52bc

ec10488d6c215cfc6bff68b3df5bb6e5

Seçilən
4
50
poliqon.az

10Mənbələr