EN

“Qarabağ” həmişə mənim qəlbimdə yer alacaq!”

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam klubundakı çıxışını xatırlayıb.

Futbolpress.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Düz 8 il əvvəl “Qarabağ”la müqavilə bağlamışam. Bu, həqiqətən gözəl iki il idi. Çempionlar Liqasında, sonra Avropa Liqasında yüksəliş. İki Azərbaycan çempionluğu və bir kuboku!

Ancaq bilirsiniz ən çox nəyi xatırlayıram? Mən orada tanış olduğum insanları istər futbolda, istərsə də şəxsi həyatda sevirəm. Bu günə kimi onların çoxu ilə əlaqə saxlayıram.

Təşəkkür edirəm. Bakı və “Qarabağ” həmişə mənim qəlbimdə yer alacaq!”

Jezniçak 2017-19-cu illərdə “Qarabağ”da oynayıb.

Chosen
32
50
futbolpress.az

10Sources