Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və prezidentin iqtisadi siyasət idarə heyətinin üzvü Yiğit Bulut vəfat edib.
Bu barədə NTV kanalı məlumat yayıb.
Uzun müddətdir xərçəng xəstəliyindən müalicə alan Yiğit Bulut İstanbulda yerləşən özəl xəstəxanalardan birində 53 yaşında vəfat edib. Məlumata görə, son günlərdə onun səhhətində ciddi pisləşmə müşahidə olunub.
Yiğit Bulut 2013-cü ilin iyul ayında Baş nazirliyin baş müşaviri təyin olunub. 2014-cü ilin 30 avqust tarixində isə Prezidentin baş müşaviri vəzifəsinə gətirilib. O, həmçinin Prezident yanında fəaliyyət göstərən İqtisadi Siyasət Şurasının üzvü idi.
APA
Tarix: 11 İyul 2025, 11:53