ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Karyeramı iddialı və gələcəkdə Premyer Liqaya çıxmaq məqsədi olan klubda davam etdirmək istəyirəm". Bu sözləri Sport24.az-a MOİK-in sabiq baş məşqçi Qəzənfər Abbasov deyib. Mütəxəssis "hərbçilər"lə vidalaşdıqdan təkliflər aldığını, ancaq şərtlər qane etmədiyindən qəbul etmədiyini vurğulayıb:"Bəli, təkliflər olub. Onların arasında bəm birinci, həm də ikinci Liqa klublar var idi. Sadəcə, danışıqlar zamanı fikirlərimiz üst-üstə düşmədiyindən təklifləri geri çevirmişəm. Şərtlərim nədir? Təklif aldıqlarımız maliyyəsi və şəraiti məni qane etməyib. Buna görə də heç bir klubla ortaq məxrəcə gəlməmişəm".Qeyd edək ki, MOİK 2024/2025 mövsümündə I Liqanı 30 xalla 6-cı pillədə başa vurub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.