AZ

Portuqaliya klubundan "Qarabağ"a 3-cü dəfə rədd cavabı: HÜCUMÇU TRANSFERİ YARIMÇIQ QALDI

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun şəxsən sərəncamında görmək istədiyi Andre Klovis Azərbaycana gələsi olmayıb. 

Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu braziliyalı forvardın transferi üçün “Akademika Vizeu” klubunu razı sala bilməyib.

27 yaşlı futbolçunun özü “Qarabağ”a keçidə müsbət yanaşsa da, Portuqaliya təmsilçisi onu buraxmağa razı olmayıb.

Buna səbəb klubun istədiyi məbləğin təklif olunmamasıdır. Nəticədə Azərbaycan çempionunun 3-cü təklifi də müsbət yekunlaşmayıb.

Həmçinin Bolqarıstanın “Levski” klubu da Klovis üçün hərəkətə keçib. Sofiya təmsilçisi “Akademika Vizeu”ya lazımı təklifi göndərib. Böyük ehtimalla forvard məhz Bolqarıstanın yolunu tutacaq.

Babək Quliyev UEFA-dan növbəti təyinat alıb

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

"Qəbələ" "Kəpəz"ə qarşı - YENİLƏNİR

"Fənərbaxça" da yoldaşlıq görüşünü qələbə ilə başa vurub

"Atletiko"nun futbolçusu "Trabzonspor"da

Seçilən
149
3
apasport.az

10Mənbələr