AZ

Ərdoğanın baş müşaviri vəfat etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və prezidentin iqtisadi siyasət idarə heyətinin üzvü İgid Bulud vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

Uzun müddətdir xərçəng xəstəliyindən müalicə alan İgid Bulud İstanbulda yerləşən özəl xəstəxanalardan birində 53 yaşında vəfat edib. Məlumata görə, son günlərdə onun səhhətində ciddi pisləşmə müşahidə olunub.

İgid Bulud 2013-cü ilin iyul ayında Baş nazirliyin baş müşaviri təyin olunub. 2014-cü ilin 30 avqust tarixində isə Prezidentin baş müşaviri vəzifəsinə gətirilib. O, həmçinin Prezident yanında fəaliyyət göstərən İqtisadi Siyasət Şurasının üzvü idi.

Seçilən
15
9
axar.az

10Mənbələr