EN

Mask yeni siyasi partiya yaratdı

İlon Mask "Amerika" adlı siyasi partiya yaratdığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə iş adamı "X" sosial şəbəkə hesabında səsvermə keçirərək nəticələri elan edib.

"Siz yeni siyasi partiya istəyirdiniz və o partiya olacaq. Ölkəmizin həddindən artıq xərcləmələr və rüşvətxorluq səbəbindən müflisləşdiyi bir şəraitdə belə çıxır ki, biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika" partiyası sizə azadlığınızı qaytarmaq üçün yaradılıb", - o yazıb.

Səsvermədə 1,2 milyondan çox sosial şəbəkə istifadəçisi iştirak edib. Sorğuda iştirak edənlərin 65,4%-i yeni partiyanın yaradılmasının lehinə səs verib.

Chosen
23
12
ikisahil.az

10Sources