AZ

Mask yeni siyasi partiya yaratdı

Milyarder, bir müddət ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə rəhbərlik etmiş İlon Mask siyasi partiya yaratdığını elan edib.

 

Senzor.az bildirir ki, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

Mask ABŞ-ın təkpartiyalı sistemə malik olduğunu vurğulayıb.

 

"Siz yeni siyasi partiya istəyirdiniz və o partiya olacaq. Ölkəmizin həddindən artıq xərcləmələr və rüşvətxorluq səbəbindən müflisləşdiyi bir şəraitdə belə çıxır ki, biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika" partiyası sizə azadlığınızı qaytarmaq üçün yaradılıb", - o yazıb.

Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək, oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.


Seçilən
14
27
senzor.az

10Mənbələr