Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə eks-rəhbəri İlon Mask siyasi partiya yaratdığını elan edib. SİA xəbər verir ki, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki hesabında yazıb. Mask ABŞ-nin təkpartiyalı sistemə malik olduğunu vurğulayıb. "İkidən 1 fərqlə, yeni siyasi partiya istəyirdiniz və olacaq.
Ölkəmizin xərclər və rüşvətxorluq üzündən iflasa uğradığı bir vəziyyətdə məlum olur ki, biz demokratiya deyil, birpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika Partiyası" azadlığınızı sizə qaytarmaq üçün quruldu", - o yazıb. Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək, oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.