AZ

İlon Mask siyasi partiyasını yaradıb

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Planetin ən varlı adamı, əvvəllər ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə rəhbərlik etmiş milyarder İlon Mask siyasi partiyasını yaratdığını elan edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Mask ABŞ-nin təkpartiyalı sistemə malik olduğunu vurğulayıb.

"İkidən 1 fərqlə, yeni siyasi partiya istəyirdiniz və olacaq. Ölkəmizin xərclər və rüşvətxorluq üzündən iflasa uğradığı bir vəziyyətdə məlum olur ki, biz demokratiya deyil, birpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika Partiyası" azadlığınızı sizə qaytarmaq üçün quruldu", - o yazıb.

Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək, oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
28
olke.az

10Mənbələr