EN

İlon Mask siyasi partiyasını yaradıb

Planetin ən varlı adamı, əvvəllər ABŞ Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik etmiş amerikalı milyarder İlon Mask siyasi partiyasını yaratdığını elan edib.

"Report"un xəbərinə görə, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Mask ABŞ-nin təkpartiyalı sistemə malik olduğunu vurğulayıb.

"İkidən 1 fərqlə, yeni siyasi partiya istəyirdiniz və olacaq. Ölkəmizin xərcləmə və rüşvətxorluq üzündən iflasa uğradığı bir vəziyyətdə məlum olur ki, biz demokratiya deyil, birpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika Partiyası" azadlığınızı sizə qaytarmaq üçün quruldu", - o yazıb.

Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.

Chosen
19
25
report.az

10Sources