EN

"Neftçi" yeni transferini açıqladı

"Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. 

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı sağ vinger İmad Faraj artıq “Neftçi”nin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. 

"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

İmad Faraj ötən mövsüm Kipr təmsilçisinin heyətində 40 rəsmi matça çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib. 

Qeyd edək ki, "Neftçi" daha öncə Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyronu ("Araz-Naxçıvan") transfer edib. 

Chosen
39
25
operativmedia.az

10Sources