EN

"Çelsi" onun transferini rəsmiləşdirdi

İngiltərənin “Çelsi” klubu Almaniyanın “Borussiya Dortmund” komandasından cinah hücumçusu Ceymi Qittensin transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə,  20 yaşlı futbolçu ilə 2032-ci ilin yayına qədər uzunmüddətli müqavilə imzalanıb.

Almaniyanın məşhur “Transfermarkt” portalının məlumatına əsasən, transferin maliyyə dəyəri 64,3 milyon avro təşkil edib.

Qeyd edək ki, Qittens “Mançester Siti” akademiyasının yetirməsidir. O, 2020-ci ilin sentyabrında Dortmund klubunun gənclər komandasına qoşulmuşdu. 2022-ci ilin yayından etibarən isə “Borussiya”nın əsas heyətində çıxış edirdi.

2024/2025 mövsümündə Qittens bütün turnirlər daxil olmaqla 49 oyunda iştirak edib, 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
22
15
90deqiqe.az

10Sources