Nigeriyalı hücumçu Viktor Osimhen gələcəyi barədə yekun qərarını verib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu "Qalatasaray"da qalmağı seçib. O, birdəfəlik Türkiyə nəhənginə transfer olmaq istəyir.

Bu barədə "Correire dello Sport" məlumat yayıb.

"Qalatasaray" nigeriyalı futbolçu üçün "Napoli" ilə danışıqlara başlayacaq. Neapol klubu Osimhen üçün 75 milyon avro tələb edir. Onlar bu məbləği endirməyi düşünmür.

Qeyd edək ki, Osimhen başa çatan mövsüm icarə əsasında "sarı-qırmızılar"da çıxış edib. O, burada 41 oyunda 37 qol vurmağı bacarıb.