AZ

Osimhen “Qalatasaray”da qalmaq istəyir

“Napoli”yə məxsus olan Viktor Osimhen gələcək karyerası ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu “Qalatasaray”da qalmaq istəyir.

Osimhen Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan aldığı illik 40 milyon avroluq cazibədar təklifi rədd edib. Nigeriyalı futbolçu Avropada çıxışını davam etdirmək niyyətindədir.

2024/25 mövsümünü “Qalatasaray”da icarə əsasında keçirən Osimhen 41 matçda 37 qol vurub və 8 məhsuldar ötürmə edib. Onu birdəfəlik transfer etmək istəyən İstanbul təmsilçisi “Napoli”yə 50-60 milyon avro təklif edir. Lakin A Seriyası təmsilçisi hücumçunu yalnız 75 milyon avroya buraxmağa razıdır.

Osimhenin “Cim-Bom”da qalmaq istəyi aydın olsa da, transferin gerçəkləşməsi üçün klubların razılığı hələ əldə olunmayıb. Danışıqlar davam edir.

Seçilən
9
31
90deqiqe.az

10Mənbələr