“Mançester Yunayted” bu yay transfer pəncərəsi üçün “Çelsi”nin yarımmüdafiəçisi Kristofer Nkunkunu hədəf siyahısına daxil edib.
90deqiqe.Az-ın “Mirror”a istinadən yaydığı xəbərə görə, London klubu Joao Pedro və Liam Delapın heyətə qatılmasından sonra 27 yaşlı futbolçunu əsas planlarına daxil etmir.
“Qırmızı şeytanlar” fransız üçün “zadəganlar”a 40 milyon avro təklif etməyə hazırdır.
Geridə qalan mövsümdə Nkunku bütün turnirlərdə 46 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 35 milyon avro olaraq göstərir.