EN

ABŞ-nin Kiyevə yardımı dayandırmaq qərarı Ukraynada təşvişlə qarşılanıb

BAKI, 5 iyul. TELEQRAF

ABŞ-nin Kiyevə yardımı dayandırmaq qərarı Ukraynada təşvişə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ jurnalı "Responsible Statecraft" məlumat yayıb.

"Vaşinqtonun qərarı Kiyevdə təşviş yaradıb və bu Ukraynanın Xarici İşlər Nazirliyini ABŞ səfirliyindən yüksək vəzifəli bir rəsmini dəvət edib onunla bu mövzu ətrafında müzakirə aparmağa vadar edib",-deyə nəşr qeyd edir.

1 iyul tarixində ABŞ Ukraynaya bəzi mühüm silahların, o cümlədən Patriot, Stinger və 155 mm-lik mərmilərin tədarükünü dayandırıb. Qərarın səbəbi kimi ABŞ ordusunun silah-sursat çatışmazlığı göstərilib.

Politico nəşri isə yazır ki, bu qərarın fonunda Kiyev taktikasını dəyişərək Vaşinqtondan hərbi yardım əvəzinə Avropa ölkələrinin ABŞ silahlarını alıb Ukraynaya verməsinə icazə istəyəcək.

Chosen
20
34
teleqraf.com

10Sources