AZ

ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya hava hücumundan müdafiə sistemləri, o cümlədən "Patriot" sistemləri tədarükünü davam etdirəcəyini istisna etməyib.

Moderator.az xəbər verir ki, D.Tramp bu barədə Nyu-Cersiyə gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Birləşmiş Ştatlar Prezidenti iyulun 4-də Volodimir Zelenski ilə telefon danışığında bu mövzunu müzakirə etdiyini bildirib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya müəyyən növ silahların tədarükünü dayandırıb. Buraya "Patriot" zenit-raket kompleksləri də daxildir. ABŞ müdafiə naziri Pit Heqset bunu silah anbarlarında aparılan auditlə əlaqələndirib.

Seçilən
24
22
moderator.az

10Mənbələr