AZ

ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasının səbəbi açıqlandı

ABŞ İsrailə görə Ukraynaya hərbi yardımı dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzetində yer alan məqalədə deyilir.

Nəşrin müəllifinin sözlərinə görə, Pentaqon hərbi əməliyyatlar aparan iki ölkəyə eyni vaxtda dəstək vermək istəmir.

Bu, istər-istəməz hərbi yardımın alıcılar arasında bölüşdürülməsi ilə bağlı çətinliklərə gətirib çıxaracaq.

Məqalədə, həmçinin Kiyevə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükünün dayandırılmasından bəhs edilir.

Qeyd olunur ki, Ukrayna münaqişəsindən əlavə, bu silahlar ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri tərəfindən fəal şəkildə istifadə olunur.

Bundan əvvəl məlum olub ki, Pentaqonun rəhbəri Pit Heqset Ukraynaya hərbi yardımın dayandırılması barədə göstəriş verib.

Amerika mediası qeyd edib ki, Heqset üçüncü dəfə Kiyevə silah tədarükünü əngəlləyib.

Seçilən
11
36
bakivaxti.az

10Mənbələr