ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” sistemləri tədarükünü davam etdirəcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, D.Tramp bu barədə Nyu-Cersiyə gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Birləşmiş Ştatlar Prezidenti iyulun 4-də Volodimir Zelenski ilə telefon danışığında bu mövzunu müzakirə etdiyini bildirib.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya müəyyən növ silahların tədarükünü dayandırıb. Buraya “Patriot” zenit-raket kompleksləri də daxildir. ABŞ müdafiə naziri Pit Heqset bunu silah anbarlarında aparılan auditlə əlaqələndirib.