ABŞ İsrailə görə Ukraynaya hərbi yardımı dayandırıb.
News24.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzetindəki məqalədə deyilir.
Nəşrin müəllifinin sözlərinə görə, Pentaqon müxtəlif teatrlarda hərbi əməliyyatlar aparan iki ölkəyə eyni vaxtda dəstək vermək istəmir. Bu, istər-istəməz hərbi yardımın alıcılar arasında bölüşdürülməsi ilə bağlı çətinliklərə gətirib çıxaracaq.
Xüsusilə, məqalədə Kiyevə Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünün dayandırılmasından bəhs edilir. "WP" qeyd edir ki, Ukrayna münaqişəsindən əlavə, bu silahlar ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri tərəfindən fəal şəkildə istifadə olunur.
Aqil