EN

Berlindən kritik təklif

Ukrayna üçün hərəkətə keçən Berlin hökuməti ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemi almağa çalışır.

Alman mətbuatında yer alan xəbərlərə görə, Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın Ukraynaya hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bəzi sursat daşınmasını dayandırmasından sonra işə başlayıb.

Almaniya hökuməti Vaşinqtona ABŞ-dan 2 “Patriot” hava hücumundan müdafiə sistemi alıb Ukraynaya çatdırmağı təklif edib.

Təklif ABŞ-ın müdafiə naziri Pit Heqsetin təsdiqini gözləyir.

Almaniya hökumətinin sözçüsü Stefan Kornelius Federal Mətbuat Mərkəzində verdiyi açıqlamada məsələ ilə bağlı danışıqların davam etdiyini təsdiqləyib və bunun Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün qiymətləndirilən bir neçə variantdan yalnız biri olduğunu vurğulayıb.

Kornelius suala cavab olaraq, “Bu “Patriot” boşluğunu aradan qaldırmağın müxtəlif yolları var. Mən təsdiq edə bilərəm ki, bu mövzuda həqiqətən də dərindən danışıqlar aparılır”.

Müdafiə Nazirliyinin sözçüsü Mitko Müller, ABŞ və müttəfiqləri ilə Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin necə qorunub gücləndiriləcəyi ilə bağlı danışıqlar aparıldığını bildirərək, “Müdafiə naziri Boris Pistorius iyulun ortalarında Vaşinqtona gedəcək və həmkarı ilə bu məsələləri müzakirə edəcək. Təbii ki, səfər zamanı bu məsələlər müzakirə olunacaq”, – dedi.

Chosen
29
5
vaxt.az

10Sources