EN

"Fənərbağça" ispan yarımmüdafiəçi üçün 15 milyon avro təklif edib

Türkiyənin "Fənərbağça" klubu ispaniyalı futbolçu Marko Asensio üçün PSJ-yə 15 milyon avro təklif edib.

"Report" xəbər verir ki, bu barədə Fransanın "Lequipe" nəşri məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin yayda Paris təmsilçisindən ayrılacağı bildirilib. Oyunçu ötən mövsümün ikinci yarısını "Aston Villa"da keçirib, lakin ingilislər də onu saxlamamaq qərarına gəlib. Asensio PSJ-nin baş məşqçisi Luis Enrikenin də planlarına daxil deyil.

Futbolçu hələlik başqa təklifləri də gözləmək niyyətindədir.

Qeyd edək ki, Marko Asensio 2023-cü ildən PSJ-də çıxış edir.

Chosen
8
4
report.az

9Sources