AZ

“Fənərbağça” Asensionu istəyir

“Fənərbağça” PSJ-nin yarımmüdafiəçisi Marko Asensio ilə müqavilə imzalamaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubu 29 yaşlı ispan üçün bonuslar da daxil olmaqla 15 milyon avro təklif edib. Futbolçunun özü “Fənərbağça”ya keçməyə tələsmir. O, digər təklifləri də dəyərləndirir. 

2025-ci ilin fevralında ispaniyalı icarə əsasında “Aston Villa”ya keçib.

2024/25 mövsümündə Asensio bütün yarışlarda 37 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.

Seçilən
12
5
idmanxeber.az

10Mənbələr