AZ

Mourinyo ulduz futbolçunu ​razı salmaq üçün şəxsən zəng etdi

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Fənərbaxça"nın PSJ-nin futbolçusu Marko Asensio üçün irəli sürdüyü təklifin detalları dərc edilib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" ispaniyalı yarımmüdafiəçi üçün Fransa nəhənginə 15 milyon avro təklif edib. Məlumata görə, PSJ futbolçunu klubdan göndərmək istəyir. PSJ ilə 2026-cı ilə qədər müqaviləsi olan Asensionun klubun planlarında yer almadığı irəli sürülür. Asensio transferində "Fənərbaxça"nın məşqçisi Joze Mourinyonun şəxsən iştirak etdiyi və futbolçunu İstanbula gəlməyə razı salmağa çalışdığı bildirilib. Təcrübəli məşqçinin futbolçuya layihəni təqdim etdiyi və Asensioya komandada mühüm rol vəd etdiyi bildirilib.

Qeyd edək ki, ötən mövsüm "Aston Villa"da icarə əsasında çıxış edən Marko Asensio 21 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
11
metbuat.az

10Mənbələr