AZ

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Marko Asensio karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Yağız Sabuncuoğlu yayıb. 

Mənbənin məlumatına görə, “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyu Marko Asensio ilə görüşüb və onun Türkiyə klubuna mümkün transferini müzakirə ediblər. 

Asensionun Fransanın PSJ klubu ilə müqaviləsi qüvvədədir, lakin o, ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. 29 yaşlı ispaniyalı qışdan bu yana bütün yarışlarda 21 matçda meydana çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
9
7
fanat.az

9Mənbələr