AZ

PSJ-nin futbolçusu üçün “Fənərbağça”dan təklif

“Fənərbağça” Marko Asensio üçün PSJ-yə 15 milyon avro təklif edib.

Msport.az xəbər verir ki, 29 yaşlı ispaniyalı yarımmüdafiəçinin yayda Paris təmsilçisindən ayrılacağı gözlənilir. Oyunçu ötən mövsümün ikinci yarısını “Aston Villa”da keçirib, lakin ingilislər də onu saxlamamaq qərarına gəlib. Asensio PSJ-nin baş məşqçisi Luis Enrikenin də planlarına daxil deyil. Futbolçu hələlik başqa təklifləri də gözləmək niyyətindədir.

Qeyd edək ki, Marko Asensio 2023-cü ildən PSJ-də çıxış edir.

Seçilən
5
8
msport.az

10Mənbələr