EN

Paşinyan Trampa məktub göndərdi, Cənubi Qafqazda sülh üçün dəstək istədi


Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin Müstəqillik Günü münasibətilə ölkə Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda bölgədəki vəziyyətlə bağlı fikirlərini açıqlayıb. Erməni baş nazir məktubunda yazır ki, ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək. "Münaqişələrin dayandırılması və dünyada sülhün qurulması ilə bağlı baxışınızı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, sizin rəhbərliyiniz altında ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək", - məktubda qeyd olunub. N.Paşinyan vurğulayıb ki, Ermənistan "hökumətin suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də regional infrastrukturun açılmasına əsaslanan sülh gündəliyinə dəyişməz sadiqliyini" təsdiqləyir.

Mətləb Salahov

Chosen
11
50
baki-xeber.com

10Sources