AZ

Kallas: Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın sülh istəmədiyini göstərir

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Dünya hər dəfə sülh əlini uzadarkən Putin (red: Rusiya Prezidenti Vladimir Putin) raketlərlə cavab verir.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb.

O qeyd edib ki, Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın sülh istəmədiyini göstərir.

"Ukrayna xalqını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyac var", - paylaşımda bildirilir.

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya çoxlu sayda raketlə hücum edib, əsas hədəf Kiyev olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
34
icma.az

10Mənbələr