AZ

SENSASİON XƏBƏR! İran bunu etmək üçün Trampdan İCAZƏ ALIBMIŞ

“Qətərdəki bazamızı vurmazdan əvvəl İranlılar mənə zəng etdi. Oranı vurmaq istədiklərini dedilər. İcazə verdim. Bazanı boşaltdıq. Onlar 14 raket atmaq istədiklərini dedilər. Razılaşdım. Çox nəzakətli idilər, deməli bizə hörmət edirlər. 14 raketin hamısını vurduq, hekayə burada bitdi”.


Bu sözləri Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti Donald Tramp çıxışlarının birində deyib.


Politoloq Məhəmməd Əsədullazadə Referans-a açıqlamasında Trampın həmin sözlərinə münasibət bildirib.




“İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlar fonunda ABŞ-də, Fordoda və İsfahandakı nüvə obyektlərinə də zərər vurduqdan sonra İran cavab addımları atdı. Amma göründüyü kimi ABŞ-dan həqiqətən icazə alınır. Donald Trampın bu məsələni qeyd etməsi Amerikanın hegemon olduğunu, İranın aviahərbi bazasının zərbəsinə də icazə aldığını vurğuladı və bunu qürurla qeyd edir. Bir növ özünün müsbət imicini formalaşdırmağa çalışır və hegemon olduğunu beynəlxalq ictimaiyyətə çatdırır. Əsas məqsəd bundan ibarətdir”.


Politoloq bildirib ki, Trampın məqsədi həm də İranın zəif olduğunu və yalnız razılaşdırılmış şəkildə zərbə endirdiyini göstərməkdir.


“Həmçinin əgər müharibə başlayarsa, İranın zəif olmasından dolayı onu asanlıqla vurma iqtidarında olduğunu bildirir. Əlbəttə ki, İranın icazə alması da elə birbaşa bunu göstərir. Əgər qisas alınırsa, dövlətin suverenliyinə hər hansı müdaxilə olunursa, cavab tədbirləri icazə ilə olmamalıdır. Ona görə bu da İranın Amerika qarşısında zəif olduğunu göstərir”.

 

Fidan Vəlisoy 

Seçilən
33
50
referans.az

10Mənbələr