M.Brayza bildirib ki, 2024-cü ilin sonunda Azərbaycan və Rusiya arasında münasibətlər çox möhkəm idi, prezident Əliyev və prezident Putin noyabrda keçirdikləri görüşdən sonra çox yaxın ikitərəfli münasibətlər qurulduğunu bəyan etdilər:
“Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi faciəvi şəkildə Qroznı səmasında Rusiyanın zenit raketi ilə vuruldu və xatırlayırsızsa, Rusiya enişə icazə vermədiyi üçün Xəzər dənizinin üzərindən uçmağa davam etdi. Nəticədə Aktauda onlarla insanın həlak olması ilə nəticələnən qəzaya uğradı. Amma Allaha şükürlər olsun ki, sağ qalanlar var.
Düşünürəm ki, prezident Putinin hələ də rəsmi şəkildə üzr istəməməsi və ya Rusiyada baş verən bu faciəyə görə məsuliyyəti öz üzərinə götürməməsi, bununla təyyarənin təsadüfən vurulmuş kimi göstərməsi prezident İlham Əliyevi qəzəbləndirib.
Beləliklə ötən ilin sonu və 2025-ci ilin əvvəlində Azərbaycan–Rusiya münasibətləri pisləşməyə başladı, sonrakı aylarda gərginlik artan istiqamətdə getdi”.
M.Brayza qeyd edib ki, ötən ayın sonu Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlılara vəhşicəsinə hücum, işgəncə nəticəsində iki azərbaycanlının həlak olması prezident Əliyevi daha da hiddətləndirib:
“Azərbaycan Rusiyanın təbliğat orqanlarından olan “Sputnik”in yerli ofisini bağlayıb. İndi də məlum olur ki, Azərbaycan buradakı bütün rus dilli məktəbləri bağlamağa hazırlaşır və ya bu barədə düşünür. Bu, çox mühüm addımdır, çünki ruslar tarixən rus dilində danışanların hüquqlarını müdafiə etmək haqqına malik olduqlarını iddia ediblər. Bunu istər Baltikyanı ölkələrdə hibrid müharibə, istərsə də Ukraynada kinetik müharibə (hərbi və ya siyasi məqsədlərə çatmaq üçün fiziki güc və zorakılığın tətbiqi. –red) yolu ilə ediblər.
Beləliklə, gərginlik həqiqətən də artır. Daha geniş bir mənzərə var və mən hesab edirəm ki, Rusiya da istərdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmağa çalışsın. Çünki iki ölkə sülh müqaviləsinə yaxınlaşır və təbii ki, bu cür razılaşma Rusiyanın Cənubi Qafqazda təsirini və ya imkanlarını azaldacaq.
10Sources
-
hit.azƏlverişli qiymətə çox etibarlı və rahat avtomobil açıqlandı - MƏSLƏHƏT ( 18963355)
-
news365.azArxiyepiskoplar aclığa başlayıb ( 18960217)
-
icma.azAlmaniyadan Patriot təşəbbüsü: ABŞ dan alıb bu ölkəyə verəcək ( 18959779)
-
baki-xeber.comABŞ hökuməti erməni kilsəsinin Rusiya ilə gizli əlaqələrindən şübhələnir... ( 18958510)
-
turkustan.azAlmaniyadan Patriot təşəbbüsü: Ukrayna üçün danışıqlar aparılır ( 18958426)
-
news24.azTƏCİLİ! Rusiya kimyəvi silahları işə salır ( 18957418)
-
operativmm.azAlmaniya Ukrayna üçün ABŞ-ın Patriot sistemlərini almağı düşünür ( 18956557)
-
nocomment.azNATO rəhbəri ABŞ-a çağırış etdi: Ukraynaya silah tədarükündə çeviklik lazımdır ( 18953074)
-
sherg.azABŞ mətbuatı: BMT-nin nüvə müşahidəçiləri İranı quru yolla tərk ediblər ( 18951010)
-
publika.azNecə bir ironiya: Rusiya Çin silahı ilə Çinin konsulluğunu vurub ( 18950674)