İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Cek Qrilişin yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı yüksəkdir.
90deqiqe.Az-ın “Give Me Sport” nəşrinə istinadən yaydığı xəbərə görə, "şəhərlilər" 29 yaşlı futbolçunun transfer məsələsini mövsümöncəsi toplanışlar başlamazdan əvvəl həll etmək niyyətindədir.
Transfermarkt portalı Qrilişin bazar dəyərini 28 milyon avro olaraq qiymətləndirir. O, ötən mövsüm "Mançester Siti"nin heyətində 32 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatır.