İngiltərənin “Tottenhem” klubu “Vest Hem”in hücumçusu Məhəmməd Kudusun transferini yenidən gündəmə gətirib.
90deqiqe.Az-ın “Standard Sport” nəşrinə istinadən yaydığı xəbərə görə London təmsilçisi artıq bir dəfə “Vest Hem”ə 64 milyon avro dəyərində rəsmi təklif göndərmiş, lakin bu təklif rədd edilmişdi.
“Tottenhem” rəhbərliyi yaxın günlərdə oyunçu üçün yeni, daha sərfəli transfer təklifi təqdim etməyi planlaşdırır.
23 yaşlı qanalı futbolçu 2023/24 mövsümündə “Vest Hem”in heyətində bütün turnirlərdə 35 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalı Kudusun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.