Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan Xorvatiya təmsilçisi "Hayduk" yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Sloveniya toplanışına təsadüf edən qarşılaşmada Split komandası Bolqarıstandan MOİK-i (Sofiya) sınağa çəkib.
Görüş "Hayduk"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 5-ci dəqiqədə Marko Livaya vurub.
Növbəti yoxlama oyunu iyulun 4-də Sloveniyanın "Radomlye" komandasına qarşı olacaq.
"Zirə" "Hayduk"la ilk oyununu iyulun 23-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.