UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olacaq Xorvatiya təmsilçisi “Hayduk” yoxlama oyunu keçirib.
Msport.az xəbər verir ki, Split təmsilçisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçında Bolqarıstan təmsilçisi ÇSKA ilə qarşılaşıb.
Matçın taleyini 1 qol həll edib. “Hayduk” Marko Livayanın 5-ci dəqiqədə vurduğu qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib.
“Zirə”nin rəqibi növbəti yoxlama görüşünü iyulun 4-də yerli “Radomlye”yə qarşı keçirəcək.
Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı isə ayın 31-də Splitdə təşkil olunacaq.