AZ

“Zirə”nin rəqibindən qələbə

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” yoxlama oyunu keçirib. 

QOL.az xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya toplanışı çərçivəsindəki ilk matçında Sofiya ÇSKA-sı ilə üz-üzə gəlib. 

Matç “Hayduk”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini həll edən yeganə qolu 5-ci dəqiqədə Marko Livaya vurub. 

Split klubu “Zirə” ilə ilk görüşə qədər daha iki yoxlama görüşü keçirəcək. Xorvatlar iyulun 4-də Sloveniyanın “Radomlje”, 2 həftə sonra isə Avstriya LASK-ı ilə üz-üzə gələcəklər. 

Qeyd edək ki, “Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək. 

Seçilən
12
12
teleqraf.com

6Mənbələr