AZ

“Hayduk” “Zirə” ilə döyüş üçün hazırlığa başladı – plan bəllidi

“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Hayduk” yay təlim-məşq toplanışına start verib.

“Football-plus.az” xəbər verir ki, bu barədə Xorvatiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Dəniz ustaları” yeni mövsümə iyunun 27-dək təmsil etdiyi şəhərdə - Splitdə, iyulun 4-dək Sloveniyanın Bled şəhərində hazırlaşacaq.Kollektiv yoxlama oyunu çərçivəsində iyunun 30-da Sofiya ÇSKA-sı, iyulun 4-də isə Sloveniya “Radomlye”si ilə üz-üzə gələcək. “Hayduk” Splitə qayıdandan sonra daha bir neçə yoxlama matçı keçirməyi planlaşdırır.

Xorvatların bu çərçivədə qarşılaşacağı rəqiblərdən biri LASK-dı (Avstriya). Bu görüş iyulun 18-də keçiriləcək.

Xatırladaq ki, “Zirə” “Hayduk”la evdə iyulun 23-də, səfərdə iyulun 31-də üz-üzə gələcək.

KƏNAN BAHADIR

Seçilən
51
12
football-plus.az

6Mənbələr