"Neftçi” rəhbərliyi mövsümlərarası fasilədə 4-cü transferi rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovla anlaşıb.

30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə "Neftçi"nin şərəfini qoruyub.

O, son klubu “Sumqayıt”da (2019-2025) flaqmanın indiki baş məşqçisi Samir Abasovun rəhbərliyi altında çıxış edib.

Xatırladaq ki, ötən mövsüm fiaskoya uğrayan "Neftçi" komandadan 12 futbolçunu uzaqlaşdırıb.

E.Bədəlovdan öncə Murad Xaçayev, paraqvaylı Luis Ortis və beninli Sessi D'Almeyda Bakı klubuna keçib.