futbolpress-az saytına istinadən ain.az xəbər verir.
“Neftçi”nin yeni transferi Elvin Bədəlov klubun televiziyasına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, “ağ-qaralar”a keçidi haqda bunları deyib:
“Neftçi”yə qayıtmaq arzum idi. Burada sonuncu məşqimdə də demişdim ki, İnşallah daha təcrübəli və daha yaxşı Elvin “Neftçi”yə qayıdacaq. İnanıram ki, artıq o vaxt gəlib çatıb.
Bura qayıtdığım üçün çox sevinirəm. Böyük klubdur, ölkənin flaqmanıdır. Bura ilk dəfə gələndə gənc idim. Böyük futbola ilk addımı burada atmışam. Düzdür, o qədər də uğurlu alınmamışdı, lakin daha yaxşı qayıdacağımı demişdim. İnanıram ki, hər kəs bu dəfə daha yaxşı Elvini görə biləcək.
Samir Abasovla yenidən işləmək xoşdur. “Sumqayıt”da olarkən də onun oyun fəlsəfəsini hər birimiz bəyənirdik. İndi də bura onun istəyi ilə gəlmişəm. Nə istədiklərini bilirəm. Hamı bilir ki, Samir müəllim maraqlı, gözəl futbol oynadır. Çalışacam ki, məşqçiyə daha da çox kömək edim”.
“Klub olaraq hazır olduğumuzu düşünürəm. Bizə düşən işləmək, hər oyuna hazır olmaqdır. İnanıram ki, komanda olaraq hər birimiz işə məsuliyyətlə yanaşsaq, turnir cədvəlində yuxarı pillələrdə ola bilərik”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.