AZ

Elvin Bədəlov: “Neftçi"yə qayıtmaq arzum idi”

“Neftçi”nin yeni transferi, Azərbaycan millisinin də üzvü olan Elvin Bədəlov paytaxt klubunun televiziya kanalına açıqlama verib.

Arena.az xəbər verir ki,”Sumqayıt”dan ayrılaraq Bakı təmsilçisinə qoşulmuş müdafiəçi bunları qeyd edib:

“Neftçi”yə qayıtmaq arzum idi. Burdan gedəndə də son məşqdə demişdim ki, Allah qoysa, daha təcrübəli Elvin “Neftçi”yə qayıdacaq. O vaxt gəlib çatdı. Buna görə sevinirəm”.

“Neftçi” flaqmandır. Artıq buradayam və mənə səylə çalışmaq qalır. Bura ilk dəfə gələndə gənc idim. Təcrübəm az idi, o qədər də uğurlu alınmamışdı. İnanıram ki, azarkeşlərimiz, klub və rəhbərlik indi daha yaxşı Elvin görə biləcəklər”.

Elvin Bədəlov “Sumqayıt”da da rəhbərliyi altında top qovduğu Samir Abasovla işləməyin xoş olduğunu bildirib:

“Samir müəllimlə işləmək xoşdur. Onun futbol fəlsəfəsini tək mən yox, hamılıqla bəyənirdik. Onun istəyi ilə gəlmişəm. Məndən meydanda nə tələb edəcəyini bilirəm. Samir müəllim maraqlı, gözəl futbol oynadır. Sevinirəm ki, yenidən onun rəhbərliyi altında oynayacağam. Daha faydalı olmağa çalışacağam”.

Bədəlov azarkeşlərlə bağlı da fikirlərini bölüşüb: “Hər birini salamlayıram. Onlar “Neftçi”də oynamayanda da məni dəstəkləyiblər. İndi buradayam və onlara demək istəyirəm ki, həmişəki kimi yenə də yanımızda olsunlar, bizi dəstəkləsinlər. Biz isə meydanda sözümüzü deməli, onları sevindirməyə çalışmalıyıq. Başda özüm olmaqla, hər birimiz işimizə məsuliyyətlə yanaşsaq, yuxarılarda ola bilərik”.

Seçilən
8
37
arena.az

10Mənbələr