AZ

Neftçi yə Samir müəllimin istəyi ilə gəlmişəm Elvin Bədəlov

ain.az bildirir, Fanat portalına istinadən.

Neftçi"yə qayıtmaq arzum idi. Burdan gedəndə də son məşqdə demişdim ki, Allah qoysa, daha təcrübəli Elvin "Neftçi"yə qayıdacaq. O vaxt gəlib çatdı. Buna görə sevinirəm". 

Fanat.Az xəbər verir ki, bunu "ağ-qaralar"ın yeni transferi Elvin Bədəlov klubun televizitasına açıqlamasında deyib.

"Sumqayıt"dan ayrılaraq Bakı təmsilçisinə qoşulan müdafiəçi əlavə edib: "Neftçi" flaqmandır. Artıq buradayam və mənə səylə çalışmaq qalır. Bura ilk dəfə gələndə gənc idim. Təcrübəm az idi, o qədər də uğurlu alınmamışdı. İnanıram ki, azarkeşlərimiz, klub və rəhbərlik indi daha yaxşı Elvin görə biləcəklər".

O, "Sumqayıt"da da rəhbərliyi altında top qovduğu Samir Abasovla işləməyin xoş olduğunu bildirib: "Samir müəllimlə işləmək xoşdur. Onun futbol fəlsəfəsini tək mən yox, hamılıqla bəyənirdik. "Neftçi"yə Samir müəllimin istəyi ilə gəlmişəm. Məndən meydanda nə tələb edəcəyini bilirəm. O, maraqlı, gözəl futbol oynadır. Sevinirəm ki, yenidən onun rəhbərliyi altında oynayacam. Daha faydalı olmağa çalışacam".

Bədəlov azarkeşlərlə bağlı da fikirlərini bölüşüb: "Hər birini salamlayıram. Onlar "Neftçi"də oynamayanda da məni dəstəkləyiblər. İndi buradayam və onlara demək istəyirəm ki, həmişəki kimi yenə də yanımızda olsunlar, bizi dəstəkləsinlər. Biz isə meydanda sözümüzü deməli, onları sevindirməyə çalışmalıyıq. Başda özüm olmaqla, hər birimiz işimizə məsuliyyətlə yanaşsaq, yuxarılarda ola bilərik". 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
46
fanat.az

10Mənbələr