AZ

“Neftçi” Murad Xaçayev və Elvin Bədəlovun transferini rəsmiləşdirib (FOTO)

Bakı. Trend:

“Neftçi” klubu yay transfer pəncərəsi çərçivəsində daha ikifutbolçunu heyətinə cəlb edib.

Trend-inməlumatına görə, Murad Xaçayev və Elvin Bədəlov paytaxt təmsilçisiilə müqavilə imzalayıblar. Hər iki müdafiəçi ilə 2 illik razılıqəldə olunub.

27 yaşlı Murad Xaçayev Donetsk “Şaxtyor”unun yetirməsidir və2019–2025-ci illərdə “Sumqayıt” klubunda çıxış edib. O, həmindövrdə “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyialtında da oynamışdı. Xaçayev Azərbaycan milli komandasında 1 oyunkeçirib və Premyer Liqanın 2024/2025 mövsümündə 35 matçda meydanaçıxaraq 1 qola imza atıb.

Azərbaycan millisinin üzvü Elvin Bədəlov da “Sumqayıt” klubundan“Neftçi”yə transfer olunub. 30 yaşlı futbolçu Sankt-Peterburq“Zenit”inin yetirməsidir və 2014–2017-ci illərdə də “Neftçi”ninheyətində çıxış edib. O, 2024/2025 mövsümündə Premyer Liqada 33oyunda iştirak edib və 3 qol vurub.

Hər iki futbolçunun “Neftçi”yə qoşulması komandanın müdafiəxəttini gücləndirmək məqsədi daşıyır.

“Neftçi”
“Neftçi”
Seçilən
19
28
az.trend.az

10Mənbələr